Cəlilabadda mal-qara oğurlayan qohumlar TUTULUB

09:21 30.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ayrı-ayrı vaxtlarda Cəlilabad rayon sakinlərinə məxsus 8 baş inək və camışın örüş sahələrindən oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər talama cinayətlərinə görə məhkum olunmuş Ramil Sadıqov və qohumu Raul Quliyev saxlanılıb. Hazırda onların digər analoji əməllərinin olub-olmadığı araşdırılır.